Olimpiadada virusa yoluxanların sayı 148-ə çatdı

  26 İyul 2021    Oxunub :700
Olimpiadada virusa yoluxanların sayı 148-ə çatdı
Tokio Olimpiadasında koronavirusa yoluxan iştirakçıların sayı 148-ə yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə Olimpiadanın saytında məlumat verilib.

Qeyd edilir ki, son sutkada iştirakçılardan götürülmüş testlərdən 16-sının nəticəsi müsbət olub. Xüsusilə də, üç idmançının koronavirus testinin müsbət olduğu və hələlik onların vətəndaşlıqlarının dəqiqləşdirilmədiyi bildirilir. Virusa yoluxanların qalan hissəsi Olimpiya heyətinin üzvləridir.

Qeyd edək ki, pandemiya səbəbindən bir il təxirə salınan "Tokio-2020" Olimpiya Oyunları 23 iyulda başlayıb. 8 avqusta qədər davam edəcək yarışlar 42 arenanı əhatə edəcək. 205-dən çox ölkədən 11 minə yaxın idmançı 33 idman növündə 339 mükafat dəsti uğrunda mübarizə aparacaq.

Tural Tağıyev
Azvision.az

Teqlər: Virus   Olimpiada   Test  






Xəbər lenti