Səfirlik Larri Kinqin Qarabağ səfərindən bixəbərdir

Səfirlik Larri Kinqin Qarabağ səfərindən bixəbərdir
  30 Noyabr 2013    Oxunub:1282
ABŞ-ın Azərbaycandakı Səfirliyi Amerikanın tanınmış telejurnalisti, CNN-in sabiq aparıcısı Larri Kinqin işğal olunmuş Dağlıq Qarabağa səfər planlarına münasibət bildirib.
Səfirlikdən Trend-ə açıqlamada bildiriblər ki, amerikalı telejurnalist Larri Kinqin səyahət planları barədə məlumatsızdırlar:

"Mövcud münaqişə səbəbiylə, biz Dağlıq Qarabağda ABŞ vətəndaşlarına konsulluq xidmətləri təklif etmirik".

Səfirlikdən bildirilib ki, ABŞ bütün tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində mühüm addımlar atmağa çağırır.

Qeyd edək ki, bəzi xarici KİVlər məşhur telejurnalist Larri Kinqin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna səfər etməyi planlaşdırması barədə xəbər vermişdi. Məlumatda qeyd olunur ki, qondarma Dağlıq Qarabağın separatçı rejiminin lideri Bako Saakayan jurnalisti Dağlıq Qarabağ dəvət edib və Larri King dəvəti qəbul edib.


Teqlər:  





Xəbər lenti