Soyuq otaq adamı kökəldir
Alimlər evin temperaturu ilə insanın piylənməsi arasında birbaşa əlaqəni müəyyən ediblər. Araşdırmalar 13 il davam edib. Bu müddət ərzində evində mərkəzi istilik sistemi olan 100 min nəfər barəsində məlumatlar toplanıb.
Nəticədə aydın olub ki, çəki azaltmaq üçün yemək və idmandan əvvəl evimizin temperaturuna diqqət yetirməliyik. Tədqiqatçıların sözlərinə görə, temperatur insan çəkisinə birbaşa təsir göstərir, yəni ideal çəkiyə sahib olmaq üçün evlərimizi isti etməliyik.
Bu vaxta qədər alimlər hesab edirdilər ki, ABŞ, Kanada, Böyük Britaniya və Avropada yüksək piylənmə səbəbi insanların daxili temperaturudur.
Lakin Stirlinq məktəbinin tədqiqatçıları göstərirlər ki, otaq temperaturu ilə orqanizmdəki piyin səviyyəsi arasında birbaşa əlaqə var.
Tədqiqatlar zamanı piyin çoxluğu ilə bədənin çəki indeksi arasında əlaqəni göstərmək üçün mənzillərinə qızdırıcı sistem olan insanların göstəriciləri qeydə alınıb. İsti mənzillərdə yaşayan insanların çəkisi aşağı olduğu halda, istilik enerjisinə qənaət edənlərdə bir qayda olaraq daha ağır olur.
Vüqar İsmayılov
AzVision.az