Ermənistan-Rusiya hərbi əməkdaşlığı genişləndirilir

Ermənistan-Rusiya hərbi əməkdaşlığı genişləndirilir
  29 Noyabr 2013    Oxunub:1033
Ermənistanın baş naziri Tiqran Sarkisyan Konstantin Biryulini qəbul edib
Ermənistanın baş naziri Tiqran Sarkisyan Rusiya Federasiyası Hərbi Texniki Əməkdaşlığının Federativ Xidmətinin müdir müavini, erməni-rus hərbi-texniki əməkdaşlığının hökumətlərarası komissiyanın Rusiya tərəfinin həmsədri Konstantin Biryulini qəbul edib.

Ermənistan hökumətin mətbuat xidmətindən verilən məlumata görə, Tiqran Sarkisyan, ikitərəfli hərbi texniki münasibətlərinin möhkəmləndirilməsi işində Konstantin Biryulinin şəxsi əməyini yüksək qiymətləndirib. Bildirib ki, Ermənistan Rusiya ilə hərbi-texniki əməkdaşlığa xüsusi önəm verir və bu sahədə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır.

Öz növbəsində Konstantin Biryulin qeyd edib ki, Rusiya da Ermənistanla ilə hərbi-texniki əməkdaşlığı vacib hesab edir və bu əməkdaşlığı inkişaf etdirmək istiqamətində müvafiq tədbirlə həyata keçirir.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti