Ermənilər Qarabağ üçün 22 milyon pul yığdı

Ermənilər Qarabağ üçün 22 milyon pul yığdı
  29 Noyabr 2013    Oxunub:1188
Ermənilərin Qarabağ üçün keçirdiyi telemarafon başa çatıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bir neçə saat əvvəl Los-Ancelosda başa çatan telemarafonda dünya erməniləri 22 milyon 661 min 372 dollar vəsait toplayıblar.

Ümumi məbləğin 12 milyon dolları Rusiyadan, 3 milyon dolları ABŞ-dan, 1 milyon 200 min dolları İsveçrədən, 700 min dolları Argentinadan 1,6 milyon dollarə isə Ermənistandan toplanıb.

12 saat ərzində yığılan vəsait Ermənistanla Qarabağı birləşdirəcək 2-ci yolun, Vardenis-Ağdərə yolunun tikintisinə xərclənəcək.

Bundan əvvəl Fransada keçirilən telemarafonda Avropa erməniləri 1 milyon 460 min avro vəsait toplanmışdı.

Xatırladaq ki, Ermənistan rəhbərliyi Vardenis-Ağdərə yolunun tikintisi üçün 30 milyon dollar lazım olduğunu açıqlamışdı.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti