Ukrayna və AB sazişi gələn ilin yazında olacaq - VİDEO

Ukrayna və AB sazişi gələn ilin yazında olacaq - VİDEO
  29 Noyabr 2013    Oxunub:1172
KİV: Ukrayna və AB sazişi 2014-cü ilin yazında imzalayacaq.

AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, Ukrayna və Avropa Birliyi assosiasiya sazişini 2014-cü ilin yazında imzalayacaq. Musavat.com-un “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, bu barədə Vilnüsdə “Şərq tərəfdaşlığı” sammitində iştirak edən mənbə bildirib. Onun sözlərinə görə, Avropa Birliyi ölkələri və Uraynanın nümayəndələri arasında birgə bəyənnamənin müzakirəsi aparılır. Bəyannamədə AB və Ukraynanın gələcək qarşılıqlı əlaqələrinin forması əksini tapacaq.

Tərəflər assosiasiya sazişinin növbəti Ukrayna-AB sammiti çərçivəsində imzayacaqlarına ümid edirlər. Sammit gələn fevralın sonu-martın əvvəlində keçirilməlidir.




Teqlər:  





Xəbər lenti