Ukraynada tələbələr də etiraz aksiyalarına qoşulub

Ukraynada tələbələr də etiraz aksiyalarına qoşulub
  26 Noyabr 2013    Oxunub:1109
Dərsləri boykot edən 1500 tələbə Kiyevin Müstəqillik meydanına toplaşıb
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Ukrayna hökümətinin noyabrın 21-də Avropa Birliyi ilə assosiativ üzvlük haqqında razılaşma prosesini dondurmasından sonra bütün Ukraynanı bürüyən etiraz aksiyalarına tələbələr də qoşulub.

Taras Şevçenko adına Kiyev Milli Universiteti və “Kiyev-Moqilyan akademiyası” Milli Universitetinin tələbələri kolon şəklində Müstəqillik meydanındakı etirazçılara qatılıblar. Tələbə hərəkatlarının rəhbərləri etirazların noyabrın 29-na kimi Avropa Birliyinin Vilnüs sammitinin son gününə qədər davam edəcəyini bildirib.

Xatırladaq ki, Ukrayna hökümətinin Avropa Birliyi ilə danışıqları dayandırdığı gün Müstəqillik meydanına 100 min etirazçı çıxmışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti