Timoşenkonun qızı: anam ölə bilər
Bu arada sabiq baş nazirin qızı Yevqeniya, Bild jurnalına müsahibəsində anasının ölüm təhlükəsi ilə üz-üzə olduğunu və Almaniyanı “onun son şansı” adlandırıb.
“Kansler Merkel güzəştə getməməlidir. Əgər mənim anam tezliklə azad edilməzsə, öləcək... Onu qəsdən müalicə etmirlər. Anamı mümkün qədər tez bir zamanda xaricə aparmaq lazımdır. Bilmirəm bundan sonra o daha nə qədər tab gətirə biləcək, dözə biləcəkmi...”,-deyə Timoşenkonun qızı bildirib.
Qeyd edək ki, 7 il müddətinə azadlıqdan məhrum edilən Y.Timoşenko hal-hazırda xəstəxanadadır.
AzVision.az