Moskvada azərbaycanlı sürücülər tutuldu
AzVision.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Moskva dairəsində aparılan reyd nəticəsində polis əməkdaşları qanunsuz fəaliyyət müqabilində sərnişinlərdən pul aldıqlarına və lisenziyası olmadan sərnişin daşıdıqlarına görə 15 vətəndaşı saxlayıb.
Saxlanılanlar arasında yerli Moskva sakinləri ilə yanaşı, iki Azərbaycan vətəndaşı da var. Məlumata görə, qaydanı pozanlar, o cümlədən həmyerlilərimiz barəsində müvafiq protokol tərtib olunaraq məhkəməyə göndərilib.
AzVision.az