Putinin Ermənistana səfəri Sarkisyanı narahat edir
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan prezidenti, hakim Respublika Partiyasının lideri Serj Sarkisyan ölkənin güc strukturlarının təmsilçilərini bir araya yığaraq toplantı keçirib.
Toplantı, əsasən, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Ermənistana səfərinə həsr olunub. Hər kəsi dayanmadan işləməyə çağıran Serj Sarkisyan, xüsusilə də təhlükəsizlik xidmətini çox diqqətli olmağa çağırıb. O bildirib ki, Putinin Yerevana səfəri zamanı ölkədə çox ciddi etiraz aksiyalarının hazırlandığı ilə bağlı məlumatlara malikdir.
Sarkisyan bununla bağlı Ermənistanın milli təhlükəsizlik xidmətinə ciddi tapşırıq verib.
AzVision.az