Meksikada kütləvi məzarlıq aşkarlanıb - FOTO

Meksikada kütləvi məzarlıq aşkarlanıb - FOTO
  26 Noyabr 2013    Oxunub:1033
İtkin düşən 2 federal polisin axtarışları çərçivəsində 50 nəfərin cəsədi aşkarlanıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Meksikanın Xalisko və Miçiokan ştatlarının inzibati sərhəddində gizli məzarlıq aşkar edilib.

Yerli mətbuatın məlumatına görə, məzarlıqda 2 –si qadın olmaqla 50 cəsəd tapılıb.

Meksika rəsmlərinin verdiyi məlumata görə, aşkar olunan məzarlılqda cəısədlərin əl-ayaqları bağlı olub və işgəncələrə məruz qalıblar. Polis, hadisənin Amerikaya narkotik vasitələr satışında rəqabət aparan narko-kartellərin daxili mübarizəsinin nəticəsi olduğunu ehtimal edir.

Qeyd edək ki, axtarış əməliyyat tədbirləri noyabrın əvvəllərində iki federal polisin itkin düşməsi ilə əlaqədar həyata keçirilib. Axtarışlar çərçivəində narkobaronlarla əlbir olduğu güman edilən 20 polis əməkdaşı həbs olunub. Sözügedən polislər həmçinin, 2 həmkarını «Xalisko- Yeni nəsil» narkokartelinə təhvil verməkdə ittiham olunurlar.

Vüqar İsmayılov
AzVision.az





Teqlər:  





Xəbər lenti