Avropa Birliyi Rusiyanı tənqid etdi
Digər tərəfdən avropalı rəsmlər Rusiyanın Ukraynaya etdiyi təzyiqləri pisləyib. «Şərq tərəfdaşlarımızla qonşuluq münasibətlərimizin inkşafına digər qonşuları, Rusdiya mane olur. Ukrayna istədiyi ölkə ilə münasibət qurmaqda sərbəstdir və Avropa Birliyi Rusiyanın məsələdəki mövqeyi və addımları ilə kateqorik olaraq razı deyil».
Bundan başqa sənəddə qeyd olunur ki, «Şərq Tərəfdaşlığı» hər kəs üçün sərfəli əsnada yaradılıb və Avropa Birliyi Rusiyaya qarşılıqlı maraqlar barədə məlumat verməyə hazırdır.
Xatırladaq ki, noyabrın 28-dən 29-a kimi Litvanın paytaxtı Vilnüs şəhərində Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» çərçivəsində sammiti keçiriləıcək. Sammitdə Ukraynanın birliklə assosiativ üzvlük barədə razılaşama imzalamsı gözlənilsə də noyabrın 21-də ölkənin Nazirlər Kabineti razılaşma ilə bağlı danışıqların dayandırılması barədə qərar çıxarıb.
Vüqar İsmayılov