Suriya sülh danışıqları yenə təxirə düşdü
BMT baş katibinin ofisindən verilən xəbərdə bildirilir ki, Suriya sülh danışıqları 2014-cü ilin yanvar ayının 22-də Cenevrədə keçiriləcək. Bundan öncə danışıqların dekabr ayında keçiriləcəyi açıqlanmışdı.
Ekspertlərin fikrincə danışıqların təxirə düşməsində həm hakimiyyət, həm də müxalifət qüvvələri maraqlıdırlar. Bundan öncə Suriya müxalifəti koalisiyasının sədri sülh danışıqlarına hazırlıq məqsədilə daha çox zamana ehtiyac olduğunu bəyan etmişdi.
Digər tərəfdən Suriya hakimiyyəti də danışıqlara qədər döyüş meydanlarında daha çox nailiyyətlər əldə etmək istəyir.
AzVision.az
Teqlər: