Əfqanıstan ABŞ-la təhlükəsizlik sazişi Bağladı

Əfqanıstan ABŞ-la təhlükəsizlik sazişi Bağladı
  24 Noyabr 2013    Oxunub:1254
Əfqanıstan prezidenti Həmin Kərzay ABŞ-la təhlükəsizliyə dair sazişi imzalamaqdan imtina edib. “Bu sənədi imzalamazdan əvvəl ABŞ ölkəsmizdə sabitliyi təmin etməlidir”. AzVision.az `İtar-Tass`a istinadən xəbər verir ki, bunu Həmid Kərzay ağsaqqalların toplantısında deyib. “Sülhün yaradılması bizim ilkin şərtimizdir. Vaşinqton buna yardım etməlidir. Yalnız bundan sonra müqaviləni imzalayacağıq”, - Əfqanıstan prezidenti bildirib.

Ağsaqqallar şurası isə ABŞ-la təhlükəsizlik sazişinin imzalanmasına yekdilliklə tərəfdar çıxıb. Sənəd Amerika qoşunlarının 2014-cü ildən sonra Əfqanıstanda qalmasını nəzərdə tutur. ABŞ Əfqanıstanda 10 minə yaxın hərbçi saxlamağı planlaşdırır. 87 min nəfərdən ibarət xarici hərbi qüvvələrin Əfqanıstandan çıxarılması 2014-cü ilin sonunadək başa çatmalıdır.


Teqlər:





Xəbər lenti