Misirdən terror xəbərdarlığı

Misirdən terror xəbərdarlığı
  24 Noyabr 2013    Oxunub:1299
Misirin daxili işlər naziri təhlükəsizlik qüvvələrinin ölkə bir neçə terror aktının qarşısını aldığını və aparıcı döyüşçü liderlərin həbs olunduğunu bəyan edib.
AzVision.az xəbər verir ki, Misirin daxili işlər naziri təhlükəsizlik qüvvələrinin ölkə bir neçə terror aktının qarşısını aldığını və aparıcı döyüşçü liderlərin həbs olunduğunu bəyan edib. Qahirədə verdiyi mətbuat konfransında Məhəmməd İbrahim Müsəlman Qardaşlığını qüvvələri səfərbər etməkdə və iğtişaşlar törətmək məqsədilə ayrı-ayrı qruplara pul vəsaitləri verməkdə ittiham edib. Daxili işlər naziri Məhəmməd Mursi tərəfdarlarının ölkələdəki ən zorakı hücumlara görə məsuliyyət daşıdığına eyham vurub. İbrahimin sözlərinə görə, təkcə Avqust ayında Mursi tərəfdarlarının keçirdiyi oturaq aksiya dağıdılarkən orada olan 5 döyüşçü lider həbs olunub. Nazir islamçı oturaq aksiya iştirakçılarını qanunsuz olaraq (külli miqdarda) silah toplamaqda ittiham edib.

Müsəlman Qardaşlığı insanları zorakılığa təhrik etdiyi barədə iddiaları rədd edir.

"Terorçu qruplaşmalar müxtəlif mənbələrdə maliyyələşir, belə maliyyəşmənin ilk mənbəyi MÜsəlman Qardaşlığıdır, Onlar Misir bazarlarında aktiv biznes aparır, beynəlxalq valyuta birjalarında və bir çox iqtisadi qurumlarda monopoliya siyasəti yürüdür”, - deyə Misirin daxili işlər naziri Məhəmməd İbrahim bildirib.

Nazir xəbərdar edib ki, itkinin miqyasından asılı olmayaraq zorakı taktikalardan istifadə edən və ya yolları bağlamağa cəhd edən istənilən etirazçı qruplara qarşı sərt mübarizə aparılacaq.


Teqlər:





Xəbər lenti