Gələcəyin göydələnləri - FOTOLAR

Gələcəyin göydələnləri - FOTOLAR
  22 Noyabr 2013    Oxunub:1773
2006-cı ildə təsis edilən “Ən Yaxşı Göydələn” illik müsabiqəsi, memarlıq sahəsində ən nüfuzlu mükafat hesab olunur. Müsabiqənin ideyası göydələnlərin dizaynında yeni texnologiyaların və müasir şəhərin mədəni, sosial və iqtisadi problemlərinin həlli metodları ilə bağlıdır. təqdim olunan layihələrdə xüsusən şəhərlərdə təbii sərvətlər və infrastruktur çatışmazlığı, əhalinin sayının artması, ətraf mühitin çirklənməsi, plansız urbanizasiya amillərinin həlli yollarının nəzərə alınması tələb olunur. Müsabiqənin məqsədi göydələnlərlə təbiət, cəmiyyət və şəhər arasındakı münasibətlərin tədqiqidir.

Birinci yer – LO2P göydələni

Nəhəng turbin formasında tikiləmsi planlaşdırılan LO2P dünyanın ən çirklənmiş şəhərlərindən olan Yeni-Dehlidə yerləşəcək. Şəhərdəki çirklənmə avtomobil və əhali sayının hədsiz çoxalması ilə bağlıdır. Göydələnin tikilməsində əsas məqsəd köhnə maşınların təkrar emalı və göydələnin yeni konstruksiyasında tikinti materialı kimi istifadə olunmasıdır. Layihəyə əsasən, göydələn Yeni-Dehlinin havasını zərərli maddələrdən təmizləyəcək filtr rolunu oynayan çoxsaylı istixanaların yerləşəcəyi ağciyər formasında nəzərdə tutulub. Gələcəkdə bioyanacaq əldə edilməsi mümükün olacaq bitkilərin yetişdirilməsi üçün istifadə olunacaq.



İkinci yer – Flat Tower

Flat Tower – ənənəvi göydələnlərdən fərqli olaraq özündə daha çox məkanları birləşdirəcək. Göydələnin strukturu gözəllik və funksionallığı ilə seçilən böyük sahəni əhatə edən orta hündürlüklü günbəz formasındadır. Günbəzin damında pəncərələr yerləşən qəfəslər olacaq. Onun geniş sahəsi ona yağış sularını və günəş enerjisini toplamağa imkan verəcək. Üst mərtəbələrdə ofis və yaşayış mənzillərinin, aşağı mərtəbələrdə isə ticarət və əyləncə mərkəzlərinin yerləşməsi nəzərdə tutulub. Avtomatlaşdırılmış nəqliyyat sistemi binanın bütün hissələrini birləşdirəcək. Layihə istənilən orta və iri şəhərlərdə həyata keçirilməsi mümkün olsa da, “Flat Tower” Fransanın Renn şəhərindəki köhnə sənaye rayonunda yerləşəcək.



Üçüncü yerdə - Re-imagining the hoover dam

Amerika Birləşmiş Ştatlarında yerləşən dünyaca məşhur Quver su anbarı hər iki tərəfi boyu yerləşən nəzarət meydançasından, körpüdən və qalereyadan ibarətdir. Layihə konstruksiyanın birləşmə yolu ilə yenidən istifadəsini nəzərdə tutur. Vahid şaquli struktur üzrə konstruksiyaya akvariumun və qalereyanın əlavə olunması nəzərdə tutulub.



Aşağıda təqdim olunan layihələr isə həvəsləndirici mükafatlar əldə edib.

NeoTax

NeoTax özündən şaquli və üfüqi səmtdə üç həcmli şəbəkədən ibarət olacaq. Şəbəkə ayrı-ayrı məhəllə və rayonlar kimi nəzərdə tutulan və yenilərini əlavə etmək mümkün olan modullar sistemindən ibarətdir.



PoroCity

PoroCity Hindistanın Bombey şəhərinin Caravi rayonunda yerləşən, ən böyük daxma və qanunsuz tikililərin yerləşdiyi ərazini yenidən təşkil edilməsi, reabilitasiyasını nəzərdə tutan bir layihədir. Dizaynın əsasını Serpinskinin düzbucaqlı piramidası təşkil edir. Tikili 3x9 metr ölçülü bloklardan ibarətdir. Bu bloklarda tibb və ticarət mərkəzləri, ofis və təhsil müəssisələrindən ibarət terraslar yerləşəcək. Müxtəlif sahələrdə yerini dəyişən liftlər, eskalator və funikulyorlar isə insanları lazım olan yerlərə çatdıracaq.



Tower for the Dead – Ölülər qülləsi

Əhalinin çoxluğunu və ərazi çatışmazlığını nəzərə alan layihə Mexikonun altında şaquli qəbirstanlığın tikilməsini nəzərdə tutur. Bunula da mərhumun yaxınları onu ziyarət etmək üçün yerin altına enməli olacaqlar.



Fish Tower – Balıq qülləsi

Balıq qülləsi ənənəvi analoqlarından 30 dəfə daha effektli ola biləcək şaquli yerləşən balıq fermasının özünəməxsus pro-obrazıdır. Qüllənin aşağı mərtəbələrində balıq bazarı yerləşəcək. Orta səviyyələr isə konkret balıq növlərinin analizi və tədqiqatı əsasında hazırlanan balıq təsərrüfatları üçün nəzərdə tutulub. Üst qatda yerləşəcək elmi-tədqiqat laboratoriyalarında isə 20 mərhələ üzrə 600 ənənəvi balıq fermasının məhsuldarlığını artırmaq üçün yeni texnologiyaların sınağı keçiriləcək.



Sport Tower – İdman qülləsi

Bu layihə isə müxtəlif idman qurğularının bir yerdə cəmlənməsini nəzərdə tutan şaquli kompleksin tikintisini nəzərdə tutur.



AzVision.az


Teqlər:  





Xəbər lenti