Riqadakı faciədə ölənlərin sayı 100-ə çata bilər - Yenilənib

Riqadakı faciədə ölənlərin sayı 100-ə çata bilər - Yenilənib
  22 Noyabr 2013    Oxunub:1087
70 nəfərin taleyi barədə məlumat yoxdur
Azvision Rusiya mətbuatına istinadən xəbər verir ki, Riqa şəhərindəki ticarət mərkəzinin dağıntıları altından artıq 32 nəfərin cəsədi çıxarılıb. Xilasetmə işlərinin davam etməsinə baxmayaraq taleyi naməlum qalan 70 nəfərin sağ çıxma ehtimalları saatlar keçdikcə azalır.

***
13:44

Latviyada “Maksima” ticarət mərkəzində baş verən faciə ilə əlaqədar olaraq matəm elan olunacaq. AzVision xəbər verir ki, bu barədə Latviya radiosuna müsahibəsində Latviya prezidenti Andris Berzinş məlumat verib.

Rusiya Fövqəladə Hallar nazirliyi isə Latviyaya dağıntıların nəticələrinin aradan qaldırılmasında yarım etmək üçün hazır olduqlarını bildirib.

Xatırladaq ki, ötən gün Latviyanın paytaxtı Riqa şəhərindəki “Maksima” ticarət mərkəzinin tavanın uçması nəticəsində 3 nəfər xilaskar daxil olmaqla, ümumilikdə 28 nəfər həlak olub, 8 nəfər xilasedici daxil olmaqla 34 isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ümumilikdə, dağıntılar 500 kv. metr sahəni əhatə edib. Hadisədə həlak olanların dəfn olunmasına başlanılıb. Hadisə yerində isə yüzlərlə xilasedici, polis və təcili yarım əməkdaşı dağıntılar altında qalanların çıxarılmasına çalışır. Onların dəqiq sayı bilinməsə də aralarında hələ də sağ qalanların olmasına ümid edilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti