Ərdoğanla Putin təkbətək görüşdü

Ərdoğanla Putin təkbətək görüşdü
  22 Noyabr 2013    Oxunub:1233
Hazırda liderlərin təkbətək görüşü davam edir.
Rusiya ilə Türkiyə arasında əlaqələr uğurla inkişaf edir. Rusiya Federesiyasının prezidenti Vladimr Putin Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla dar tərkibdə görüşündə bildirib.

Rusiya lideri, iki ölkə arasında əməkdaşlıq şurasının yüksək səviyyəli toplantısına ev sahibliyi edən Sankt-Peterbuqda Türkiyənin baş nazirini salamlamaqdan məmnun olduğunu bildirib. “Rusiya və Türkiyə arasında münasibətlər bizim birbaşa iştirakımız olmadan da uğurla inkişaf edir " –deyə Putin qeyd edib. V. Putin budəfəki görüşün bu inkişaf prosesinə təkan verəcəyindən ümidvar olduğunu bildirdi.

Öz növbəsində Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, “iki ölkə arasındakı aktual məsələlərin müzakirə ediləcəyi bu görüşə” böyük önəm verdiyini vurğulayıb.

“Düşünürəm ki, bizim birlikdə həll etməli olduğumuz kifayət qədər çox məsələ var” –deyə türkiyəli nazir qeyd edib.

Dar tərkibdə müzakirələrdən sonra V. Putin və R.T. Ərdoğan bağlı qapılar arxasında görüşüblər. Hazırda görüş davam edir.

Qeyd edək ki, təkbətək görüş zamanı Rusiya və Türkiyə liderləri Dağlıq Qarabağ münaqişəsinin həlli, Yaxın Şərqdə vəziyyət, Suriya problemi , İranın nüvə məsələsi və Rusiya-Türkiyə iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Daha sonra Şuranın iclasında iki ölkə arasında qarşılıqlı iqtisadi inkişaf məsələləri müzakirə ediləcək.

Görüşün yekunu olaraq 5 razılaşmanın və memorandumların imzalanması gözlənilir.

Qeyd edək ki, Rusiya Türkiyə xarici ticarət sahəsində əməkdaşlığa görə, Almaniyadan sonra ikinci yeri tutur. Türkiyə isə Rusiya ilə bu sahədə əməkdaşlığa görə, yeddinci yerdədir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti