Özbəkistan prezidentinin qızının fondu bağlandı

Özbəkistan prezidentinin qızının fondu bağlandı
  22 Noyabr 2013    Oxunub:1261
Özbəkistan prezidenti Gülnarə Kərimovanın rəhbərlik etdiyi fond bağlandı.
Özbəkistan prezidenti Gülnarə Kərimovanın rəhbərlik etdiyi “Özbəkitsan mədəniyyət və incəsənət forumu” fondu fəaliyyətini dayandırır. AzVision.az də rus mətbuatına istinadən xəbər verir ki, bu barədə fond rəhbərliyi bəyanat yayıb.

G.Kərimova fondun bağlanma səbəbini yaranmış çətinliklərlə izah edib. Lakin o bildirib ki, fondun bütün öhdəlikləri eləcə də qabaqcadan nəzərdə tutulmuş layihələr həyata keçiriləcək

Qeyd edək ki, hazırda Özbəkistanda Gülnarə Kərimovanın adı ilə bağlı bütün ictimai və biznes strukturları hökümət orqanları tərəfindən təqib edilir. Bununla yanaşı G.Kərimovanın rəhbərlik etdiyi bir sıra televiziya kanalları və radiostansiyaları fəaliyyətini dayandırıb. Bu isə onunla izah edilir ki, son zamanlar prezidentin qızının hazırki hökumətin əleyhinə dəfələrlə sərt bəyanatlar səsləndirlməsi ilə əlaqəlidir.

G.Kərimova Özbəkistanın İspaniyadakı səfiri, Xarici işlər nazirinin müşaviri, Özbəkistanın Moskvadakı səfirinin müşaviri, öz ölkəsinin BMT-dəki daimi nümayəndəsi işləyib. O həm də dizayner, müğənni və kolleksioner kimi tanınır.


Teqlər:





Xəbər lenti