Saakaşvilinin seks qalmaqalı – Yeni Faktlar

Saakaşvilinin seks qalmaqalı – Yeni Faktlar
  21 Noyabr 2013    Oxunub:1828
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili vəzifədə olduğu 10 il ərzində qalmaqallı xəbərlərin mərkəzində yer alıb. Dörd gün əvvəl kreslosunu Georgi Margelaşviliyə təhvil verən Saakaşvili, artıq eks-prezident olsa da, yenə də ölkə mətbuatının gündəmini zəbt edib. Amma bu dəfə siyasətdən kənar- seks qalmaqalı ilə.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, başda Həftənin Gündəmi (Hronika Nedeli) qəzeti olmaqla, yerli mətbuat orqanları Saakaşvilinin adının hallandığı seks qalmaqallarını gündəmə gətirib.

Əvvəllər ictimaiyyətə təqdim edilməyən iddialara görə, Saakaşvili və partiyasındakı yüksək vəzifəli bir qrup siyasətçi, bəzi biznesmenlərə təzyiq edərək, onları “seks yığıncaqları”nın təşkil etməyə məcbur edib. Hətta həmin yığıncaqlara xərclənən pulların bank hesabları da qeyd olunur.



2008-ci ilin noyabr ayında Miss Ukrayna müsabiqəsinin iki iştirakçısının Saakaşvilinin dövlət büdcəsi ilə bu ölkəyə gətirdiyi də iddialar sırasındadır.

Digər bir qalmaqal doğuracaq xəbər isə Londonda təşkil olunan ziyafətlə bağlıdır. Saakaşvili bir gecəlik eşqbazlığı üçün həmin ziyafətdə dövlət büdcəsindən 10 min avro sərf edib.



Gürcü qəzetlərində yer alan xəbərlərin əksəriyyəti isə guya əvvəllər ictimaiyyətə bəlli olan məsələ olub. Bildirilir ki, 2012-ci ilin yanvarında Saakaşvili Vaşinqtona ziyarəti çərçivəsində qaldığı otelə 10 qadın dəvət edib. Və bu duruma onunla eyni oteldə qalan italyan millət vəkilləri də şahidlik edib.

Gürcüstan mətbuatının Saakaşvilinin “çirkin əməlləri”ni ortaya çıxarması ölkədəki iqtidar partiyaların narazılığına səbəb olub. Ölkədəki iqtidar “Gürcü aruzu” bloku hesab edir ki, korrupsiya əməlləri , dövlətin pulunu mənimsəmək kimi hallar ölkə siyasətçiləri arasında geniş vüsət alıb və buna bir tədbir görülməlidir. Ümumiyyətlə, siyasətçilərin pul xərcləmələriylə bağlı müəyyən tənzimləmələr olmalıdır.

Saakaşvili partiyasından olan Şota Malaşhiya isə Rus mətbuatına verdiyi açıqlamada eks-prezident haqda yayılan bu məlumatları yalanlayıb.O, bu cür xəbərləri Saakaşvilini gözdən salmaq üçün aparılan kampaniya kimi qiymətləndirib.

Gürcüstanın eks- baş naziri Tengiz Sigua isə, Saakaşvilinin xarakterinə bələd olduğu üçün, həmin söz-söhbətlərin doğru ola biləcəyini bildirib.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti