Yapon rəsmiləri həmin adanın Ogasawara (Bonin) adalarında meydana gəldiyini və sahəsinin 200 metrə yaxın olduğunu bildirirlər. Adada vulkanın fəaliyyətinin hələ də davam etdirildiyi, qatı duman və kül təbəqəsinin olduğu qeyd edilir. Hökumət sözçüsü Yoshihide Suga belə bir adaya sahib olduqlarından məmnunluğunu ifadə edib..
Qeyd edək ki, 1870 və 1880-ci illərdə bu cür vulkan püskürməsi nəticəsində bu adaya oxşar adalar meydana çıxmışdı. Lakin onlar sonradan yavaş-yavaş yoxa çıxmağa başladılar.
AzVision.az