Hinduşkalar Nyu-yorkun qonşuluğunda yerləşən Steytn Adalarını basıb. Sakinlər bu quşların əlindən təngə gəliblər. Quşlar ətrafı zibilləməklə yanaşı avtomobillərin hərəkətinə də mane olurlar. Bununla yanaşı bəzi sakinlər üçün hinduşkaların gəlişi əsl bayram olub. Belə ki, quşları havayı kəsib yemək onların ürəyindən olub. Yerli hökumətin quşları küçələrdən yığışdırmaq üçün həyata keçirdiyi tədbirlərə baxmayaraq, hər tərəfdə hinduşka ilə doludur.