Ərdoğan Ahmet Kayanın məzarını köçürmək istəyir

Ərdoğan Ahmet Kayanın məzarını köçürmək istəyir
  21 Noyabr 2013    Oxunub:1276
“Ahmet Kayanın məzarı Türkiyəyə gətirilə bilər”.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Baş nazir İraq kürdlərinin lideri Məsud Bərzaninin Diyarbəkir səfərindən də söz açıb:

“Bu addımları atmaq cəsarət tələb edir. Biz 2005-ci ildə demişdik ki, bunu həll edəcəyik. Şivan Perverin 38 il sonra öz ölkəsinə gəlməyi və atılan digər addımlar müzakirə olunmalı məsələlərdir. Şivan Perverin özünə də dedim ki, vətəndaşlıq almaq kimi tələbi varsa, biz onu da həll etməyə hazırıq”.

Baş nazir deyib ki, müğənni Ahmet Kayanın da məzarının Türkiyəyə gətirilməyi mümkündür:

“Ailəsinə demişik ki, məzarının gətirilməyi lazımdırsa, biz burdayıq. Onun Türkiyədən gedişi çox fərqli idi, amma indi geri qayıtmağı bizim üçün asandır. Əlimizdən gələni etməyə hazırıq”.

Qeyd edək ki, kürd əsilli sənətçi Ahmet Kaya 2000-ci ildə Parisdə dünyasını dəyişib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti