Norveç ordusu vegeterianlığa keçir
AzVision.az Lenta.ru-ya istinadən xəbər verir ki, hərbi komandanların fikrincə, bazar ertəsi keçirilməsi nəzərdə tutulan vegeterian günləri ətə qənaət eməyə imkan verəcək, həm də qlobal istiləşməyə səbəb olan parnik qazlarının havaya buraxılmasının qarşısını alacaq.
Belə təcrübə artıq Norveçin əsas hərbi bazalarından birində həyata keçirilir. Bu təcrübənin ölkə sərhədlərindən kənardakı qoşunlar da daxil olmaqla, bütün hərbi kontingentə tətbiq edilməsi nəzərdə tutulur.
Mütəxəssislərin hesablamalarına görə, ordunun həftədə bir dəfə ətdən imtina etməsi ildə 150 ton ətə qənaət etməyə imkan verəcək.
BMT-nin hesablamalarına görə, parnik qazlarının havaya buraxılmasının 18 faizi kənd-təssərüfatının heyvandarlıq sahəsinə düşür. Bu, hətta nəqliyyat sahəsindən də böyük göstəricidir.