Əhməd Davudoğlu Ermənistana gedəcəkmi?

Əhməd Davudoğlu Ermənistana gedəcəkmi?
  20 Noyabr 2013    Oxunub:1192
Bu barədə qərarın Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün nəticələrinə əsasən veriləcəyi bildirilir.
AzVision.az türk mediasına istinadən xəbər verir ki, Ermənistan tərəfi Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlunu dekabrın 12-də İrəvanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının toplantısına dəvət edib.

Məlumata əsasən, Türkiyə XİN rəhbərinin toplantıya qatılmaq istəyində olduğu bildirilsə də, son qərarın Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün nəticələrinə əsasən veriləcəyi bildirilir.

Qeyd edək ki, noyabrın 19-da Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkistan Vyanada görüş keçiriblər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib.

AzViison.az


Teqlər:  





Xəbər lenti