Prezident oğlunun öldüyü qəzanın səbəbi bilindi
MDB ölkələrində mülki təyyarə qəzalarını araşdıran Beynəlxalq Hava Komissiyasının ilkin hesabatına görə, eniş edə bilməyən pilotlar təyyarəni yüksək məsafəyə qaldırıblar. Daha sonra 700 metr yüksəklikdən yenidən enməyə başlayıblar. Nəticə eniş doğru edilmədiyindən məlum hadisə baş verib.
“Pilotlar standart enmə proseduruna əməl etməyiblər. İlk olaraq onların yüksəkliyi eniş üçün uyğun deyildi. Daha sonra manevr etməyə başlayıblar. Enmə zamanı istifadə olunan iki avtomatik pilotdan biri sıradan çıxıb”.
Hesabatda həmçinin bildirilir ki, pilotlar 45 dəqiqə təyyarəni endirməyə çalışıblar.
Amma sərnişin təyyarəsi saatda 450 kimolemtr sürətlə burnu üstündə yerə çırpılıb.
Qeyd edək ki, Moskvadan Tatarıstanın paytaxtı Kazana gedən təyyarə bazar günü qəzaya uğrayıb. Qəza nəticəsində 50-dən çox insan həyatını itirib.
Fatimə Kərimli
Teqlər: