Azərbaycanlılar Moskvada saxlanıldı

Azərbaycanlılar Moskvada saxlanıldı
  20 Noyabr 2013    Oxunub:1142
Moskvada daha 1000 qeyri-leqal aşkarlandı. Onların arasında azərbaycanlılar da var.
AzVision.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildiriblər ki, noyabrın 20-də 1000-dən çox Rusiyada qeyri-qanuni olaraq yaşayıb işləyən miqrant Moksva polisi tərəfindən saxlanılıb. Məlumata görə, həmin miqrantlar Lyublino rayonunda yerləşən “Moskva” ticarət mərkəzində saxlanılıblar.
Polisin məlumatına görə, bəzi miqrantlar polisdən qaçmaq üçün maşınların baqajında gizlənməyə cəhd ediblər, lakin onların bu cəhdi uğursuz olub.

Araşdırmalar nəticəsində məlum olub ki ki, həmin 1000 nəfərdən 100-ü Rusiyada qeyri-qanuni olaraq fəaliyyət göstərir. Onların arasında azərbaycanlılar da var.

Həmçinin bildirilir ki, reydlər zamanı məşhur markaların saxta variantı aşkarlanıb.

Qeyd edək ki, Moskva meri Sergey Sobyanin bu ilin əvvəlindən bugünə kimi 13000 qeyri-qanuni miqrantın paytaxtdan departasiya olunduğunu bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti