İtaliyada daşqın nəticəsində doqquz nəfər həlak oldu

  19 Noyabr 2013    Oxunub : 625
İtaliyada daşqın nəticəsində doqquz nəfər həlak oldu
İtaliyanın Sardiniya adasında daşqın nəticəsində doqquz nəfər həlak olub.
Çərşənbə axşamı İtaliya KİV-ləri xəbər verib ki, “Kleopatra” qasırğasından sonra yağan güclü yağışlar səbəbindən Sardiniya adasında baş vermiş daşqın nəticəsində doqquz adam həlak olub, beş nəfər isə itkin düşüb.

Həlak olanlar arasında 90 yaşlı qadın, su ilə dolmuş evində həlak olmuş 64 yaşlı italyan qadın, körpü dağılarkən suda boğulan bir kişi, habelə fermer və oğlu da var. Təhlükəsizlik üzrə dörd zabit xilasetmə əməliyyatı zamanı yaralanıb.

Olviya və Nuoro əyalətlərində vəziyyət mürəkkəb olaraq qalır. Orada məktəblər bağlanmışdır. Avtomobil və dəmir yollarında hərəkətlə bağlı problemlər vardır.
İtaliya Mülki Müdafiə Xidmətinin dispetçer məntəqəsinə yüzlərlə adam zəng edib kömək istəyir.

Yaranmış vəziyyəti qiymətləndirmək üçün Mülki Müdafiə Xidmətinin başçısı Franko Qabrielli təcili müşavirə çağırıb.

Romada vəziyyət sakit olaraq qalır, lakin KİV-lər Tibr çayının səviyyəsinin qalxdığını bildirirlər.

Qarşıdakı bir sutka yarım ərzində paytaxtda güclü külək və leysan nəticəsində elektrik təchizatında fasilələr gözlənilir.

Teqlər: