Kürd lider canlı efirdə Ərdoğanı təriflədi

Kürd lider canlı efirdə Ərdoğanı təriflədi
  19 Noyabr 2013    Oxunub:1191
İraq kürdlərinin lideri Məsud Bərzani TRT 6 kanalında Diyarbəkirdə keçirdiyi görüşlərdən danışıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.Bərzani tədbirlərdən razı qaldığını deyərək Ərdoğanın dilindən Küdüstan sözünü eşitməsinin kürdlər üçün sevindirici olduğunu bildirib.

“Rəcəb Tayyib Ərdoğanla birlikdə etdiyimiz açılış mərasimlərində baş nazirin məni təqdim edərkən Kürdüstan deməyi çox xoşuma gəldi. Həmin bölgənin adı İraq konstitusiyasında Küdrüstan kimi qeyd olunur, ona görə də ora Şimali İraq demək düzgün deyil. Bu, baş nazirin atdığı bir addımdır və bizi daha da yaxınlaşdıracaq”.

Bərzani həmçinin bildirib ki, Ərdoğanla görüşlərində sülh müddətini, Türkiyə və Kürdüstan bölgəsi, Türkiyə-İraq münasibətləri və Suriya barədə fikir mübadiləsi aparıblar. İraq kürdlərinin lideri Diyarbəkirlə bağlı isə bu sözləri deyib:

“Bundan öncə dəfələrlə Diyarbəkirin hava limanına gəlsəm də şəhərin mərkəzində ilk dəfə oldum. İnkişafın səbəbi sülhün arxasında dayanmaqdır. Kürd xalqı olaraq sülh müddətinin pozulmasına mane olmarıq. Şivan Perver 20-30 il əvvəl gəlsəydi edam edilərdi. İndi isə böyük maraq və isti münasibətlə qarşılanır. Bu, çox mühümdür. O, sülh və qardaşlıq üçün çalışırdı. İnşallah bundan sonra Novruzda da dəvət olunsaq gələrik”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti