Almanlar müharibə qurbanlarını yad etdi

Almanlar müharibə qurbanlarını yad etdi
  19 Noyabr 2013    Oxunub:1154
Almaniyada nasional-sosializm qurbanlarının xatirəsi yad edilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Noyabrın 17-si Almaniyada ümumxalq hüzn günüdür. Həmin gün Almaniya siyasətçiləri və ölkə vətəndaşları keçən əsrdə iki dünya müharibəsində həlak olanların və nasional-sosialist diktaturası qurbanlarının xatirəsini yad edirlər. Bu gün ölkə təkcə döyüşlərdə həlak olmuş alman əsgərlərinin deyil, bütün müharibə və zorakılıq qurbanlarının xatirəsini yad edirlər.

Almaniya Federal Konstitusiya Məhkəməsinin sədri Andreas Foskule deyib ki, “Onların hər biri bizim üçün əzizdir. Xüsusən bu əsrdə, hərbi münaqişə zonalarından informasiya axınını izləmək çətin olduğu bir vaxtda Almaniya tarixin ona həvalə etdiyi məsuliyyəti yadda saxlamağa borcludur”.

Berlində Almaniya Prezidenti Yoahim Hauk müharibə və istibdad qurbanlarının xatirəsini yad edərək Unter-den-Linden küçəsindəki baş memorialın önünə əklil qoyub. Xatirə gününə həsr edilmiş tədbirlərdə bundesratın sədri Ştefan Vayl və digər alman siyasətçiləri də iştirak ediblər.



Teqlər:  





Xəbər lenti