Maldivin yeni prezidenti bəlli oldu

Maldivin yeni prezidenti bəlli oldu
  19 Noyabr 2013    Oxunub:1027
Abdulla Yamin Maldiv Respublikasının yeni prezidenti oldu.
AzVision.az xəbər verir ki, Maldiv Respublikasında keçirilən prezident seçkilərinin ikinci turunun qalibi sabitlik və demokratiya naminə işləyəcəyini vəd edib.

Seçici səslərinin təqribən 51,5 faizini toplayan Milli Alyansın lideri və banisi Abdulla Yamin noyabrın 17-də and içdi.

A.Yamin 30 il ölkəyə rəhbərlik etmiş Mömün Abdul Qayumun qohumudur.

Qalibin əsas rəqibi, sabiq prezident və müxalifətin lideri Məhəmməd Naşid seçkiqabağı kampaniyanın favoriti olmasına baxmayaraq, 48,5 faiz səs toplaya bilib.

M.Naşid nəticələr elan olunduqdan dərhal sonra məğlubiyyətini qəbul edib.

Cəmi 336 min əhalisi olan Maldiv Respublikasında prezident seçkiləri sentyabrın 7-də keçirilib. Lakin Maldiv Ali Məhkəməsi oktyabrın 19-da səsvermənin nəticələrini 5,5 min bülleteni yararsız sayaraq ləğv etmişdi. Buna görə də birinci turu ikinci dəfə keçirmək lazım gəlib.

Maldivdə prezident birbaşa ümumi səsvermə yolu ilə 5 il müddətinə seçilir.

Maldiv Respublikası Hind okeanının 1190-dan çox adanı əhatə edən şimal-qərb hissəsində arxipelaqdır. Həmin adaların 280-i məskundur.

“Euronews”


Teqlər:  





Xəbər lenti