Ermənistan-İran sərhədi genişləndirilir
Hər iki ölkə arasındakı iqtisadiyyat əlaqələrinə toxunan katibin sözlərinə görə, İranla Ermənistanın iqtisadi-sosial, ticarət əlaqələrinin genişlənməsində Norduz sərhəd bölgəsi böyük rol oynayır:
“Norduz, İranın istehsal etdiyi mallarını Ermənistana ixrac etmək üçün ən əlverişli ticarət yoludur. İxrac və idxal işlərini inkişaf etdirmək üçün bu bölgədə nəqliyyat strukturlarının genişləndirilməsi, məqsədəuyğun anbarların tikilməsi zərusi hala çevrilib”.
Xatırladaq ki, bu il iyulun 16-da İrəvanda Ermənistan-İran biznes forumu keçirilib. Forumda 60-dan çox İran şirkətinin nümayəndəsi iştirak edib.