40 yaşında Muradına çatan polkovnik - VİDEO+FOTOLAR

40 yaşında Muradına çatan polkovnik -  VİDEO+FOTOLAR
  01 Aprel 2019    Oxunub:9394
Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyevin doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.
Şəhidin anım mərasimində ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak edərək, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Ruminya, İordaniya kimi ölkələrdə təlimlər keçib. 2016-cı ilin martın 31-də 40 yaşı tamam olan Murad Mirzəyev doğum günündən bir neçə gün sonra döyüşlərə qoşularaq canından çox sevdiyi vətəni uğrunda şəhid olub.

Azvision.az-ın Milli Qəhrəmanın anım mərasimindən hazırladığı video və fotoreportajı təqdim edirik:









































Anar Kəlbiyev
Foto: Şahin Sərdarov
Video: Əhməd Xəlilov/Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Şəhid   Milli-Qəhrəman   Murad-Mirzəyev  





Xəbər lenti