“Qiymətlər aprel ayında ucuzlaşacaq” - Bazardan REPORTAJ (VİDEO)

  “Qiymətlər aprel ayında ucuzlaşacaq” -    Bazardan REPORTAJ (VİDEO)
  29 Mart 2019    Oxunub:8777
Son günlər yerli bazarlarda meyvə və tərəvəzin qiymətinin bahalaşdığı deyilir. Alıcıların sözlərinə görə, əsasən soğan və kartofun qiymətində artım hiss olunur. İddia edilir ki, yerli məhsulların xarici bazarlara çıxarılması qiymətlərin qalxmasına səbəb olub.
Bəs, sakinlərin alış-veriş üçün üz tutduğu bazarlarda real vəziyyət necədir? Doğrudanmı qiymətlər bahalaşıb və buna səbəb nədir?

Bu və digər suallara cavab tapmağa çalışan əməkdaşlarımız "Nəsimi" bazarına yollanaraq, orada məhsulların qiymətləri ilə maraqlanıblar.

Belə ki, satıcılar gündəlik təlabat mallarının qiymətinin artmasını mövsümlə əlaqələndirirlər. Onlar hesab edirlər ki, anbarlarda məhsulların azalması qiymət artımına öz təsirini göstərir. Bu səbəbdən soğan, kartof və kələm əvvəlki aylarla müqayisədə nisbətən bahalaşıb.

Buna baxmayaraq, satıcılar əmindirlər ki, aprel ayından sonra qiymətlər ucuzlaşacaq və bazarda yenidən canlanma yaranacaq.



Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov



Teqlər: Bazar   Qiymət   Məhsul  





Xəbər lenti