Kazanda qəza yerindən ilk kadrlar - VİDEO

Kazanda qəza yerindən ilk kadrlar - VİDEO
  18 Noyabr 2013    Oxunub:1392
Tatarıstanın Kazan şəhərində qəzaya uğrayan sərnişin təyyarəsinin ekipajı hava dispetçerini enmə əməliyyatını yerinə yetirməyin mümkün olmadığı barədə xəbərdar edib.

AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Kazan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasını araşdıran əməliyyat qərargahındakı mənbə “İnterfaks”a bildirilib.

Mənbənin sözlərinə görə, Moskva-Kazan reysi ilə hərəkət edən “Boinq-737” sərnişin təyyarəsinin ekipajı dispetçeri enmə əməliyyatını yerinə yetirməyin mümkün olmadığı barədə xəbərdar edib, çox güman ki, bu texniki nazasızlıq səbəbindən baş verib: “Təyyarə enmə zolağına 500 m qalmış dispetçerə enmə vəziyyətində olmadıqlarını məruzə edib”.

Qeyd edək ki, Domodedovo aerportundan qalxan Moskva-Kazan aviareysi ilə hərəkət edən “Boinq-737” sərnişin təyyarəsi Moskva vaxtı ilə saat 19:25-də Kazan beynəlxalq hava limanına enərkən eniş zolağında qəzaya uğrayıb. Qəza nəticəsində 6-sı ekipaj üzvü olmaqla 50 nəfər həlak olub.

Qəzada həlak olanlar arasında Tatarıstan prezidenti Rüstəm Minnixanovun oğlu İrek Minnixanov və Tatarıstan respublikası Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Antonov olublar.

Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş vermiş təyyyarə qəzası ilə bağlı cinayət işi açıldığını və araşdırmaların aparıldığını söyləyib.

Qəza yerindən ilk kadrları təqdim edirik.




Teqlər:  





Xəbər lenti