Liviyada yenidən döyüşlər başlayıb

Liviyada yenidən döyüşlər başlayıb
  17 Noyabr 2013    Oxunub:1239
Liviyada yığma qoşun döyüşçüləri arasında döyüşlər yenidən başlanıb.
Tripolidə Misurata və Tripolidən olan və rəqabət aparan yığma qoşun döyüşçülərinin briqadaları arasında qarşıdurmalar yenidən başlanıb. AzVision.az `BBC`yə istinadən xəbər verir ki, hərbi əməliyyatlar Tripoli yaxınlığında baş verir.

Bundan öncə bildirilib ki, Tripolidə cümə günü yığma qoşun döyüşçüləri və etirazçıların toqquşmaları zamanı ölənlərin sayı 43 nəfərədək artıb, təxminən 500 nəfər yaralanıb.

Etirazçıların güllələnməsindən sonra, ölkənin baş naziri Əli Zeydan tələb edib ki, yığma qoşun döyüşçülərinin qrupları ya özlərini buraxsınlar, ya da nizami ordu ilə birləşsinlər.


Teqlər:





Xəbər lenti