Ərdoğan ilk dəfə “Kürdüstan” sözünü işlətdi

Ərdoğan ilk dəfə “Kürdüstan” sözünü işlətdi
  17 Noyabr 2013    Oxunub:1274
“Mən İraq Kürdüstanının lideri Məsud Bərzanini Diyarbəkirdə salamlamaqdan çox məmnunam”.


AzVision.az xəbər verir ki, Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan ilk dəfə olaraq kütlə qarşısında “Kürdüstan” sözünü dilə gətirib. Musavat.com-un məlumatına görə, bu gün baş nazir bu sözü Diyarbəkirdə meydanda çıxış edərkən İraqın Kürd Muxtariyyətinin lideri Məsud Bərzani ilə görüşün şərəfinə söyləyib. “Mən İraq Kürdüstanının lideri Məsud Bərzanini Diyarbəkirdə salamlamaqdan çox məmnunam”, - deyə Ərdoğan bildirib.

Lakin buna qədər heç bir Türkiyə rəsmisi bu sözü dilinə gətirməyib, yalnız “regional rəhbərlik”, “kürd muxtariyyəti” ifadələrindən istifadə olunub.

“Şübhəsiz, bu, xalqa çox böyük bir müraciətdi. Təəssüf ki, türk-kürd qarşıdurmasının bütün illəri ərzində Kürdüstan sözü yasaq edilmişdi. Bu gün Ərdoğan şəxsən işarə elədi ki, qadağa götürülür”. Bunu isə ria-ru saytına AKP-nin Diyarbəkir şöbəsinin mətbuat katibi Mesna Şimşek söyləyib.

Ərdoğanla Bərzaninin görüşü kürdlər tərəfindən son aylar xeyli ləngiyən türk-kürd yaxınlaşmasının növbəti mərhələsinə siqnal hesab edilir.


Teqlər:  





Xəbər lenti