Volqoqrad terrorunun təşkilatçısı öldürüldü - FOTO, VİDEO
AzVision.az `İtar-Tass`a istinadən xəbər verir ki, mühasirəyə alınan yaraqlılarla aparılan danışıqlar zamanı D.Sokolov Volqoqrad hadisəsinin bilavasitə təşkilatçısı olduğunu və sərnişin avtobusunun partladılmasında istifadə olunan maddəni şəxsən hazırladığını bəyan edib.
Əməliyyat nəticəsində 5 yaraqlı məhv edilib və onların cəsədləri arasında D.Sokolovun da şəxsiyyəti müəyyənləşdirilib. Dinc sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itgi olmayıb.