Putindən miqrantlarla bağlı yeni qərar

Putindən miqrantlarla bağlı yeni qərar
  15 Noyabr 2013    Oxunub:1170
Rusiya Prezidenti Vladimir Putin 2014-cü il Soçi Olimpiadası ilə bağlı miqrasiya rejimini müəyyənləşdirən qanun imzalayıb.
AzVision.az-ın İTAR TASS-a istinadən xəbər verir ki, yeni normalar gələn il yanvarın 7-dən martın 21-dək qüvvədə olacaq.

Sənəddə qeyd olunur ki, şəhərə müvəqqəti (otellərdə, sanatoriyalarda, istirahət evlərində, pansionatlarda, kempinqlərdə və xəstəxanalarda qalanlar istisna olmaqla) və daimi gələnlər 3 gündən gec olmayaraq qeydiyyata düşməlidir. Miqrantların qeydiyyatı elə həmin gün aparılmalıdır.

Olimpiadada iştirak etməyən və vizasız Soçiyə təşrif buyuran əcnəbilər 30 gündən artıq burada qala bilməz.

Qanun olimpiya vəsiqəsi olan ruslara və xarici vətəndaşlara şamil edilmir.

S. Həsənova


Teqlər:  





Xəbər lenti