Putin Əsədə zəng edib, tapşırıqlar verdi

Putin Əsədə zəng edib, tapşırıqlar verdi
  15 Noyabr 2013    Oxunub:1144
Rusiya prezidenti Vladimir Putin Suriya lideri Bəşər Əsədlə telefonla əlaqə saxlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kremlin yaydığı məlumata görə, danışıq Rusiyanın təşəbbüsü ilə baş tutub.

Söhbət zamanı Putin Suriyadakı böhranın həlli ilə bağlı gördüyü işlərdən danışıb.

Rusiya prezidenti Bəşər Əsədin hökumətin nümayəndə heyəti göndərmək qərarını müsbət qiymətləndirib.

Kremldən edilən açıqlamada bildirilir ki, Putin və Əsəd Suriyada kimyəvi silahların məhv edilməsi və yoxlama işləri ilə bağlı müzakirələr aparıblar.

Putin vurğulayıb ki, Suriya hökumətinin BMT-nin Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı ilə iş birliyi qurmağı müsbət haldır.

İki ölkə lideri Suriyadakı humatiar vəziyyəti də müzakirə edib.

Putin bildirib ki, Suriyada xristian və digər dini azlqıların radikal qüvvələr tərəfindən hədəfə alınmasından narahatdır.

Əsəd Suriya xalqına dəstək və yardımlarına görə Rusiya hökumətinə təşəkkür edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti