Putin 9-cu `dan` oldu
Cənubi Koreyada rəsmi səfərdə olan Vladimir Putinə diplomu və kəməri Beynəlxalq Taekvando Federasiyasının prezidenti ÇU Çxon Von təqdim edib.
“Mən bu cür yüksək “dan”a layiq olduğumu düşünmürəm. Bunu taekvandonun təşviqatı üçün atılmış birgə addım kimi qəbul etmək daha yaxşı olar. Biz Rusiyada bu idman növünün inkişafı üçün əlimizdən gələni edəcəyik”-deyə Vladimir Putin təvazökarlıq edib.
Qeyd edək ki, dünyada 9-cu dan kəmərinə sahib olan cəmi bir neçə nəfər var. Onların arasında Çu Çxon Von ABŞ, İndoneziya, Honduras, İspaniya, Xorvatiya, və Pakistan dövlət başçılarının adlarını çəkib.
O, bildirib ki, Taekvando dünyanın 205 ölkəsində öyrədilir və 70-80 milyon insan idmanın bu növü ilə məşğul olur.
Xatırladaq ki, Rusiya prezidenti idman həvəskarıdır. O, dağ xizəyi ilə məşğul olur, həmçinin dzüdo və sanbo üzrə idman ustasıdır.
Səbinə Həsənova
AzVision.az