Suriya ərazisində Kürdüstan yaradılır

Suriya ərazisində Kürdüstan yaradılır
  13 Noyabr 2013    Oxunub:1307
Suriya kürdləri müvəqqəti hökumət yaradıb.
Suriyanın şimal-şərqində yaşayan kürdlər bu gün müstəqil müvəqqəti keçid hökumətinin yaradılmasını bəyan ediblər.

AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu bəyanat şimal-şərq ərazilərin islamçı qruplaşmalardan azad olunaraq kürd özünümüdafiə dəstələrinin nəzarətinə keçdikdən sonra verilib.



Qeyd edək ki, bundan əvvəl Suriya Müxalif və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası da İstanbulda keçirilən toplantıda müvəqqəti hökumətin yaradılmasını elan edib.

Qeyd edək ki, Suriyanın 23 milyonluq əhalisinin 10 faizini təşkil edən kürdlər ölkənin neft mədənləri ilə zəngin olan, Türkiyə ilə həmsərhəd şimal-şərq bölgəsində yaşayırlar.

Türkiyə tərəfindən məsələyə rəsmi açıqlama hələm gəlməyib.


Teqlər:  





Xəbər lenti