Suriya müxalifəti Hələbdə toplaşır

Suriya müxalifəti Hələbdə toplaşır
  12 Noyabr 2013    Oxunub:1178
Hələbdə vuruşan altı qruplaşma şimalda olan bütün silahlıları Hələbə axışmağa və hakimiyyətin hücumlarının qarşısını almağa çağırıb

AzVision.az-ın Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna istinadən verdiyi xəbərə görə, Hələbdə vuruşan altı qruplaşma şimalda olan bütün silahlıları Hələbə axışmağa və hakimiyyətin hücumlarının qarşısını almağa çağırıb. Hələbdəki qruplaşmaların bəyanatında bildirilib ki, bütün hərbi təşkilatlar vahid əməliyyatlat mərkəzindən idarə edilməlidirlər.

Qeyd edək ki, son həftələrdə Hələbdə öncədən müxalifət silahlı qruplaşmalarının nəzarətində olan əs-Səfirə və Təl-Ərn rayonları və habelə “80-ci briqada” qərargahı hökümətin əlinə keçdikdən sonra müxalifət vahiməyə düşüb. Ekspertlərin fikrincə, əgər hökümət qüvvələri Hələb-Huma yolunun tam təhlükəsizliyini, Kuveyris və Beynəlxalq Hələb hava limanının təhlükəsizliyini təmin edə bilsə, Hələbin özünə ciddi hücumlara start verəcək.


Teqlər:  





Xəbər lenti