Sarksiyan Qarabağa səfər edib

Sarksiyan Qarabağa səfər edib
  12 Noyabr 2013    Oxunub:1064
Serj Sarkisyan bir sıra Ermənistan-Azərbaycan təmas xəttində yerləşən bir sıra hərbi hissələrə baş çəkib
Ermənistan prezidenti Serj Sarkisyan bu gün tanınmamış " Dağlıq Qarabağ Respublikası”na səfər edib. Sarkisyan Qarabağda separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüb.

Görüşdə Ermənistan və qondarma Qarabağın müdafiə nazirləri və hərbi qüvvələrin yüksək rütbəli təmsilçiləri də iştirak edib.

Səfər çərçivəsində Serj Sarkisyan Ermənistan-Azərbaycan təmas xəttində yerləşən bir sıra hərbi hissələrə baş çəkib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti