Rusiya Kosovanı tanıya bilər

Rusiya Kosovanı tanıya bilər
  12 Noyabr 2013    Oxunub:1145
“Belqrad hökuməti əgər tələb etsə, Rusiya Kosovanın müstəqilliyinin tanınmasını gözdən keçirə bilər”.
AzVision.az xəbər verir ki, bu sözləri Rusiyanın Serbiya səfiri Aleksandr Çepurin deyib.

Səfir bildirib ki, Rusiya hər zaman Serbiya olan müqavilələri yerinə yetirir, ancaq Kosovanın BMT-nin üzvi olması üçün edəcəyi müraciəti əngəlləməyə davam edəcək: “Əgər Serbiya və Belqrad “tanı” deyərsə, o zaman başqa”.

Qeyd edək ki, 2008-ci ilin fevralın 17-də Serbiyadan ayrılaraq öz müstəqilliyini elan edən Kosovanı, Rusiya, Yunanıstan və eləcə də bir çox ölkə onun müstəqiliyyini tanımadıqlarını bildirib.

Sevinc İltifatqıız


Teqlər:





Xəbər lenti