İran - BAEA danışıqlarının vaxtı açıqlandı

İran - BAEA danışıqlarının vaxtı açıqlandı
  12 Noyabr 2013    Oxunub:1266
İran və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) arasında danışıqların növbəti raundu dekabrın 11-də keçiriləcək. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın beynəlxalq agenliyində səfiri Reza Nəcəfi bildirib.

Nəcəfi həmçinin bildirib ki, danışıqlar Vyanada keçiriləcək.

Xatırladaq ki, bu gün İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspertlərinə ölkənin Əraq şəhərində reaktorun və "Geçin" uran mədənində monitorinq aparılmasına icazə verib.

Ekspertlərə icazə İran və BAEA-nın 6 paraqraflıq birgə bəyanatına əsasən verilib.


Teqlər:





Xəbər lenti