Xorvatiyada güclü külək ciddi ziyan vurub

Xorvatiyada güclü külək ciddi ziyan vurub
  11 Noyabr 2013    Oxunub:1137
Güclü külək Xorvatiyanın bəzi regionlarına ciddi ziyan vurub.
Güclü külək Xorvatiyanın bəzi regionlarına ciddi ziyan vurub. Küləyin sürəti saniyədə 61 metrə çatır. Bu barədə AzVision.az `İtar-Tass`a istinadən xəbər verir ki, yerli KİV-in yazdığına görə, paytaxt Zaqrebdə və Adriatik dənizi sahilində yerləşən iri liman şəhəri Rijekada aşmış ağaclar küçələri bağlayıb, nəqliyyatın hərəkətini iflic edib.

Güclü külək evlərin damını uçurub. Elektrik enerjisi xətlərinin sıradan çıxması nəticəsində bir neçə rayonun əhalisi işıqsız qalıb.

Hələlik xəsarət alanlar barədə məlumatlar yoxdur, lakin insanların təhlükəsizliyi baxımından bəzi avtomobil yolları, məktəblər və mağazalar bağlanıb.


Teqlər:





Xəbər lenti