Məşhur Türk jurnalisti həyatını itirdi
1954 təvəllüdlü Savaş Ay jurnalistlik fəaliyyətin qəzetçiliklə başlayıb və `Ay`, `Tercuman`, `Vatan`, `Milliyet`, `Sabah` qəzetlərində işləyib. Jurnalistin məşhurlaşması isə mavi ekrana çıxdıqdan sonra baş verib. Səmimi özünəməxsuz şəkildə tamaşaçıyla ünsiyyət quran Savaş Ay , `ATV`, `Tgrt`, `Kanal D`, `Kanal 6`, `Show Tv`, `Flash TV`, `Star Tv` və `Kanal 1`də `A Takımı` verilişi ilə bütün türkiyənin sevimlisinə çevrilmişdi. 2000-ci ildə film rejissorluğu da edən Savaş Ay axır illərdə `A` kanalının xəbərlərin aparırdı. Bir qızı və bir oğlu var.
Türkiyə sevimli telejurnalisti ilə 1-ci gün vidalaşacaq və torpağa yola salacaq. Allah Rəhmət eləsin.
Teqlər: