Abbas Abbasov: “Düşmənləri birgə dəf etmişik”

Abbas Abbasov: “Düşmənləri birgə dəf etmişik”
  08 Noyabr 2013    Oxunub:994
Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin – (Azərros) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Rusiya xalqını Hərbi Şöhrət günü münasibətilə təbrik edib.
AzVision.az-ın Azərros-a istinadən verdiyi məlumata görə, A.Abbasovun təbrikində deyilir:

“Əziz Böyük Vətən Müharibəsi veteranlatı və arxa cəbhə əməkçiləri! Sizi Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti və şəxsən öz adımdan Hərbi Şöhrət günü münasibətilə təbrik edirəm. Məhz Böyük Vətən Müharibəsinin ağır günlərindən birgə keçməyimiz xalqlarımız arasındakı dostluq münasibətlərini daha da möhkəmlədib, qırılmaz etdi. Biz öz torpaqlarımızı birlikdə müdafiə edib, bir-birimizi qoruyub, düşməni birgə dəhf etmişik. Sizə can sağlığı, böyük xoşbəxtlik, uğur, və bitməyən həyat eşqi arzu edirəm. Həyatınız daima sizi sevənlərin qayğısı, məhəbbəti ilə işıqlansın.”.

AzVision.az


Teqlər:  





Xəbər lenti