İranla altılıq ölkələri razılaşır

İranla altılıq ölkələri razılaşır
  08 Noyabr 2013    Oxunub:1042
Məhəmməd Cavad Zərif: "İran Cenevrədə aparılan danışıqlarda razılaşmağa doğru addım atır"
"İranın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə pardığı danışıqlarda razılaşmanın əldə edilməsi ehtimalı çoxdur".

ANS PRESS-in "CNN Irternational"a istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib. O, ölkəsinin Cenevrədə müzakirələrin ikinci turu zamanı aparılan danışıqlarda razılaşmağa doğru addım atdığını və razılaşmaya çatma ehtimalına inandığını söyləyib.

Cavad Zərif qeyd edib ki, tərəflər, müzakirələr sabah başa çatmadan 3 əsas ünsürə xitab edərək, birgə açıqlama hazırlamaq üçün bir masa arxasında otura biləcəyinə ümid edir. Onun sözlərinə görə, bu ünsürlər, hər iki tərəf üçün vacib olan "ortaq məqsəd", "hər kəsin bir ildən qısa bir müddət ərzində çatmaq istədiyi bir yolun sonu", bir də "Tərəflər arasında etimadın yaradılması üçün narahatçılığa son qoyulmaqdan" ibarətdir.

Nazir sözünün sonunda vurğulayıb ki, İran uranın zənginləşdirilməsi proqramını təxirə salmayacaq.


Teqlər:





Xəbər lenti